Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi - Rəsmi

Tarix: 05-05-2025 10:59     Baxış: 395 A- / A+

Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi - Rəsmi

Son dövrlərdə bir çox vətəndaş bank kreditlərinin ödənişində cüzi gecikməyə görə - bəzən cəmi 1 gün - yüksək faiz və ya cərimələrlə qarşılaşdıqlarını bildirirlər. Hətta bəzi hallarda xəbərdarlıq edilmədən maaş kartlarından vəsait tutulur və ya kart mənfi balansda göstərilir. Bu cür hallar banklarla müştərilər arasında narazılığa və hüquqi sualların yaranmasına səbəb olur.
 
Bank vətəndaşın razılığı olmadan maaş kartından pul tuta bilərmi? Kredit ödənişlərində gecikmələr nə ilə nəticələnir?
 
Manevr.az xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov Globalinfo.az-a açıqlamasında deyib ki, istehlak kreditləri üzrə gecikmə illik 5 faizdən və 180 gündən çox hesablana bilməz:
 
“Bu, Mülki Məcəllədən irəli gəlir. Təbii ki, bir günə görə gecikmə məbləği müəyyənləşdirilə bilər. Paralel olaraq, maaş kartından xəbərdarlıq olmadan tutulmalar da mümkündür. Əgər vətəndaş krediti maaş və pensiya aldığı bankdan götürübsə, müqavilədə müvafiq maddələr qeyd olunur. Yəni ödənişlər vaxtında olmasa, həmin kartlardan pul tutulacaq.
 
Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri ilə görüş zamanı bildirildi ki, insanlara sərbəstlik veriləcək. Yəni vətəndaşlar maaş və pensiya ödənişlərini istənilən bankdan əldə edə, yaxud mövcud bankı dəyişə biləcəklər. Belə olarsa, artıq bank kredit ödənişləri geciksə belə, həmin kartlardan pul tuta bilməyəcək. Tutaq ki, maaşımı “A” bankından alıram və ordan kredit götürmüşəm. Gecikməyə yol versəm, kartımdan tutulacaq. Amma başqa banka müraciət edirəm, iş yerimə də bildirirəm ki, əməkhaqqımı “B” bankına göndər. Beləliklə, bank mənim maaş kartımdan pul tuta bilmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar