Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sığortaya dair ikinci tədqiqat işi təqdim olunub - FOTO

Tarix: 03-05-2025 13:33     Baxış: 3214 A- / A+
 Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin və ASA Tədris Mərkəzinin “Həyat sığortasının insan həyatında rolu” mövzusunda apardığı ikinci tədqiqat işinin təqdimat mərasimi keçirilib.
Manevr.az xəbər verir ki, ASA bu barədə məlumat yayıb.  Təqdimat mərasimini giriş sözü ilə açan ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tədqiqatın aparılma məqsədi, metodologiyası və mümkün töhfələri haqqında məlumat verib.

Tədqiqatçı İlahə Ümidli tədbir iştirakçılarına araşdırmanın nəticələrini nümayiş etdirib, bildirib ki, tədqiqat işinin gedişində əsas suala: “Niyə Azərbaycanda əhalinin həyat sığortası məhsullarına kütləvi marağı yoxdur?" və digər bu kimi suallara cavablar axtarılıb.  Tədqiqat prosesində Azərbaycan Mərkəzi Bankı və həyat sığorta şirkətləri ilə əməkdaşlıq edilib.
Tədqiqata 1011 nəfər əhali, 146 nəfər sığorta şirkətlərinin əməkdaşları, 32 nəfər peşəkar sığorta eksperti cəlb edilib.  Tədqiqat Bakı və Bakıətrafı kənd və qəsəbələrdə aparılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar