Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 03-05-2025 10:23     Baxış: 3212 A- / A+

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüksəkdir.
Manevr.az bildirir ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, nağd satışlar xeyli azalıb və vətəndaşlar avtomobilləri daha çox kreditlə almağa üstünlük verirlər.
Bu dəyişiklik həmçinin taksi xidmətlərinin yenilənməsinə də təsir göstərir. Lakin kredit faizlərinin artması, yeni avtomobillərə olan tələbatı azalda bilər. Əgər ötən il ərzində banklar avtomobil kreditlərində ilkin ödənişi hibrid avtomobilləri üçün 20 faizdən qəbul edirdilərsə və illik faizlər təxminən 10 faizdən başlayırdısa, 2025-ci ilin əvvəlində bu rəqəm 12 faizə yüksəlib.
Eldəniz Cəfərov qeyd edib ki, yeni avtomobil almaq daha əlçatan olmayacaqsa və kredit şərtləri çətinləşirsə, bu, köhnə avtomobillərə tələbin artmasına səbəb ola bilər. Ekspertin sözlərinə görə, bank faizlərinin 2 faiz artımı ilə iş bitmir. Çünki alıcılar avtomobil kreditləri üçün müraciət etdikdə, bankların tələb etdiyi şərtlər də çətinləşib.
Yeni avtomobillərə olan tələbin azaldığı halda, köhnə avtomobillərə tələbin artması gözlənilir. Bu da öz növbəsində, köhnə avtomobillərin bazardakı qiymətlərinin müəyyən bir faizlə yüksəlməsinə səbəb ola bilər.
Ekspertin sözlərinə görə, 2 faizlik artım ilk baxışda kiçik görünə bilər, amma bazarda ciddi təsir yaratmaq potensialına malikdir.
Ətraflı "XəzərXəbər"in videomaterialında:










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar