Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

Tarix: 02-05-2025 21:55     Baxış: 3255 A- / A+

"Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.

Manevr.az xəbər verir ki, bunu "report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında "Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.

"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci "Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, - deyə S.Bayraktar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci "Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar