Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

Tarix: 02-05-2025 15:43     Baxış: 3167 A- / A+

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir".
 
Manevr.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı paneldə deyib.
 
O bildirib ki, son zamanlarda bank kartları ilə bağlı informasiya və təhlükəsizlik məsələləri gündəmdədir: “Heç bir vətəndaş öz şəxsi məlumatlarını başqalarına ötürməməlidir. Bu istiqamətdə biz təbliğat və maarifləndirmə işlərini artırmışıq. Xaricdən daxil olan zənglər, yaxud hansısa alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması və sair kimi hallar bu cür oğurluq hallarına yol açır”.
 
E.Hacıyev vətəndaşlarla bank arasında bəzən mübahisələrin yarandığını qeyd edib: “Vətəndaşın pulu talanır, iddia edir ki, bank məsuliyyət daşıyır. Bu, belə deyil, bankın təhlükəsizliklə bağlı hər hansı bir problemi yoxdursa, o zaman bankı günahlandırmaq doğru deyil”.
 
DİN rəsmisi aparılan mübarizənin nəticə verdiyinə də diqqət çəkib: “Bu gün bu kimi dələduzluq hallarının sayı gündəlik 10-20 arasındadır. Əvvəllər bu rəqəm 50 civarında idi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar