Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində YOXLAMA APARILIR

Tarix: 02-05-2025 09:39     Baxış: 384 A- / A+
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Hesablama Palatası yoxlama aparır. Əldə etdiyimiz məlumata görə yoxlama əsas etibarilə satınalma xidmətləri ilə bağlı təsdiq olunan tenderlərlə bağlıdır.
Məsələ ilə bağlı Ajans.az-ın Hesablama Palatasına ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 24 aprel tarixində Ajans.az tərəfindən daxil olmuş informasiya sorğusuna “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 06.12.2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş Planına əsasən 2025-ci ilin 21 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.
Xatırladaq ki, bu il fevral ayının 13-də “Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyodan çox vəsait xərcləyəcək” başlıqlı yazı təqdim etmişdik. Yazıda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Ukrayna Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyətlə birgə 1 milyon 853 min azn-dən yuxarı vəsait hesabına “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləri” istiqamətində işlər görməsi qeyd olunmuşdu.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar