Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Toz evinizdən “qorxacaq" - Mütləq bunları edin

Tarix: 01-05-2025 21:15     Baxış: 4100 A- / A+


Toz evinizdən “qorxacaq"  - Mütləq bunları edin
Toz sanki hərtərəfli təmizliyə baxmayaraq qəfil peyda olur. Rafların üzərində toplanır, əlçatmaz yerlərdə gizlənir və televizor ekranında nazik bir təbəqə şəklində özünü xatırladır.
Manevr.az lent.a-a istinadla bununla bağlı bəzi üsulları təqdim edir
Tozun çökməsinin qarşısını necə almaq olar? Bəlkə də, tozu sadəcə silmək yox, onun yaranmasının qarşısını almaq üsulları da var? Məlum olur ki, düzgün yanaşma və bir neçə sadə üsul tozla mübarizəni gündəlik həyatın asan və hiss olunmayan bir hissəsinə çevirə bilər.

1. Əsas qayda – düzgün alətlərdən istifadə
Mikrofiber salfetlər tozu yaymadan özünə çəkir. Əlçatmaz yerlər üçün makiyaj fırçalarından, ventilyatorları təmizləmək üçün isə klaviatura fırçasından istifadə edin.

2. Tekstil məmulatlarını tez-tez yuyun
Pərdələr, örtüklər və yumşaq oyuncaqlar otaqda tozun yayılmasına səbəb olan hissəciklərin mənbəyinə çevrilir. Parçaları yumşaltmaq və allergenlərlə mübarizə aparmaq üçün paltaryuyan maşına bir az sirkə əlavə edin.

3. Xalçanı təmizləməzdən əvvəl duz səpin
Duz toz hissəciklərini özünə çəkəcək və tozsoranla asanlıqla təmizlənəcək.

4. Pəncərə torları və kondisioner filtrləri
Pəncərə torları küçədən gələn tozun qarşısını alır. Kondisioner filtrlərini mütəmadi olaraq təmizləmək havanı təmiz saxlayır.

5. Havanı təmizləyən bitkilər
Geran, xlorofitum və fikus kimi bitkilər havanı təbii yolla təmizləyərək tozu azaldır.

6. Nəmli təmizlik vacibdir, amma…
Nəmli təmizlik müntəzəm edilməlidir, amma suyun həddindən artıq istifadəsi səthlərə ziyan vura bilər.

7. Ətirli yağlar və antistatik spreylər
Çay ağacı efir yağı istifadə etmək toz yığılmasının qarşısını almağa kömək edir. Elektronika üçün antistatik spreylər də faydalıdır.

8. Əşyaları qapalı qutularda saxlayın
Tozun toplanmaması üçün əşyaları qapalı konteynerlərdə saxlayın. Dekorativ əşyaları isə parçayla və ya şüşə qapaqlarla örtün.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar