Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Füzuli istiqamətinə aviabiletlərin alışı qaydaları dəyişdi

Tarix: 01-05-2025 18:54     Baxış: 3101 A- / A+
Füzuli istiqamətinə aviabiletlərin alışı qaydaları dəyişdiBu gündən etibarən Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.
Manevr.az AZAL-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.
Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır.
Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.
Qeyd edək ki, Bakı–Füzuli–Bakı reysləri həftədə iki dəfə – şənbə və bazar günləri həyata keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar