Xəbər lenti
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hərracda 4-ü nəqliyyat vasitəsi, 3-ü avadanlıq , 2-si torpaq sahəsi olmaqla toplam 9 əmlak satışa qoyulacaq.
Əmlakların start qiymətləri 3 600 manatdan 14 100 manata qədər dəyişir.
Hərrac mayın 15-i saat 11:00-da keçiriləcək.
Qeyd edək ki, Mustafayev Elnur Vaqif oğluna məxsus 0,02 hektar ərazisi olan torpaq sahəsi istisna olmaqla, digər vergi ödəyicilərin əmlaklarına 40 faiz endirim tətbiq olunub. Mustafayev Elnur Vaqif oğlunun 0,02 hektar ərazisi 20 faiz endirimlə təklif olunur və ilkin start qiyməti 5 200 manat təşkil edir.
Onu da bildirək ki, hərracda satışa çıxarılacaq olan 2 torpaq sahəsi üçün əvvəlcədən 5 faiz beh, digər daşınar əmlaklar üçün isə 10 faz beh tələb olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























