Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur iş adamı xeyli tələbəni aldadıb - Şok iddia

Tarix: 30-04-2025 13:28     Baxış: 399 A- / A+

“AQA Şirkətlər Qrupu” tələbələrə vəd etdiyi təqaüdü vermir.
Manevr.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.
Bildirilib ki, “AQA Şirkətlər Qrupu” ötən il tələbələr arasında “Dəmir Ay” adlı təqaüd üçün müsabiqə elan edib. Qalib gələn tələbələrə isə il boyunca hər ay 250 AZN təqaüd vəd edilib.
Ancaq aradan böyük müddət keçməsinə baxmayaraq şirkət tələbələrin təqaüdlərini ödəmir. Tələbələrə müxtəlif vədlər verilsə də, bu qədər vaxt ərzində yalnız 1 ay ödəniş edilib.
Tələbələr bu aylar ərzində öz narazılıqlarını bildirsələr də, şirkətdən heç bir cavab verilməyib.
Qeyd edək ki, “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu, şirkətin vitse-prezidenti Qafar Dəmirçi ötən ilin sonunda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi. İttihama görə, “plazalar kralı” kimi tanınan Q.Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.
Hadisədən sonra “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəmişdi. Dəmirçi 8 milyonluq ziyanı ödədiyi üçün barəsindəki həbs qərarı ləğv edilib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar