Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Təbəssüm Yarat” komandası GORANBOYDA - FOTO

Tarix: 30-04-2025 11:48     Baxış: 288 A- / A+

Dan yeri yenicə ağarmışdı ki, “Təbəssüm Yarat” komandası ilə birlikdə Goranboya tərəf yola düşdük. Saatın fərqinə varmadıq, yolun uzunluğunu düşünmədik... Çünki tək bir məqsədimiz vardı: Təbəssüm yaratmaq! 
Yolda qarşılaşacağımız heç bir maneə bizi qorxutmadı. Çünki əsl maneələri biz illər öncə, bu komandanı yaradanda aşmışdıq. Goranboyda uşaqların gülüşü, saflığı və məsum baxışları dünyanın hələ nə qədər gözəl olduğunu bizə bir daha xatırlatdı. Bu dəfə komandamızın üzvü Zeynəb xanım 2 aylıq körpəsi ilə səfərə qatılmışdı. Bu, bir daha sübut etdi ki, heç nə bizə əngəl deyil: nə yolun uzaqlığı, nə yorğunluq, nə də bəhanələr... 
Hər hansı bir yolun sonu sevgi və xoş təbəssümlə tamamlanırsa, deməli yaşamağa dəyər. İki aylıq körpəmiz də məsumluğu ilə səfərimizə rəng qatmaqda idi. Odur ki, onunla şəkil çədirməyi, günümüzü şəkilləndirməyi özümüzə borc bildik.

İbtidai sinif uşaqlarına çanta paylayanda gözlərindəki sevinci, təbəssümü, ürəklərinin döyüntüsünü duymamaq mümkün deyildi. Təhsilə olan maraqları onların kim olacaqlarının sübutu idi. Ona görə də susduq, ürəklərimiz danışdı. Bir qədər sonra dəftərləri, qələmləri çantalardan çıxarıb payladıq. Gözü, könlü tox uşaqlar şirin kənd ləhcəsi ilə könlümüzü ovsunlamaqda idilər. Bəzən baxışlarımız danışırdı. Yaxşı anlaşırdıq. 
O balaca ürəklərin nə demək istədiyini baxışlarımla anlayırdım, sanki məktəbə getmək üçün səbirsizlənirdilər. Ayaqqabılarını geyindirəndə isə həm heyrətlə, həm də saf, məsum baxışlarla bizi başdan-ayağa süzdülər. Sonra isə “Azərbaycan” şeirini və himnimizi birgə oxuduq. Ovsunlanmışdım. Doğrusu onlardakı savada, tərbiyəyə və nitq qabiliyyətinə heyran qaldım. Çünki səmimi idilər, yaşlarına uyğun danışmağı bacarırdılar. Bəs biz? 

-Niyə bəzilərimiz ayaqqabımız, çantamız olsa da, hər il yenisini almaqdan doymuruq? Niyə bəzək axtarışında olan insanlar bir “şükür” qədər bəzəyə acizdirlər? Niyə uşaqlarımız savad və tərbiyə yerinə, gündəmin mənasız davranışları və sözləri ilə böyüyür? Bu, sadəcə bir səfər deyildi. Biz onlardan, körpə sandığımız o uşaqlardan hər dəfə yeni şeylər öyrənirik. Onlar bizə həyatın incəliklərini, dəyərli məqamlarını göstərirlər. Bu dəfə mən onlara sevgi haqqında danışdım. “Sevgini, təbəssümü və bir-birinizi dinləməyi, yaşamağı, yaşatmağı bacarın. Nifrətdən uzaq olun, çünki nifrət bərk konfet kimidir - nə çeynəmək olur, nə udmaq. Hər dəfə də səhhətimizə və əməlimizə ziyan vurur”- dedim. Onlarla onların diliylə danışdım. Onlar da anladılar. 
Sonra “bir-birinizi qucaqlayın və öpün” – dedim. Hamısı bir-birinə sarıldı, sonra da məni qucaqladılar. O qədər məmnun idim ki... İçimdə sevgi çiçəkləmişdi sanki...

Bir daha duydum ki, həyatın gözəlliyi uşaqlığımızın saflığında gizlənir. Bu yolda bizə maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm. Bəlkə fiziki olaraq bizimlə deyildiniz, amma ürəklərdə bizimlə idiniz. Uşaqlar da sizi qəlblərində hiss etdilər. Bilin ki, xoşbəxtlik nə varlı bir evdir, nə də var-dövlətdir. Əsl xoşbəxtlik kiçik toxunuşlarda, bir körpənin təbəssümündə gizlidir. Xoşbəxtlik elə də uzaqda deyil,  xoşbəxtlik paylaşdığımız status qədər yaxınımızdadır. 

İlahə Həbib

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar