Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı tələbədən rüşvət alanlar həbs olundu

Tarix: 30-04-2025 10:56     Baxış: 4138 A- / A+

Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetində iki müəllim rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Hadisə ilə bağlı 10 müxtəlif ölkədən olan 20-yə yaxın tələbə İstintaq Komitəsinə dindirməyə çağırılıb.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, "BAZA" portalının məlumatına görə, ilk olaraq 29 yaşlı Türkmənistan vətəndaşı Azizbek Madaminov saxlanılıb.
O, tələbələrdən faktiki imtahan vermədən qiymət almaq üçün pul toplamaqla rüşvət vasitəçiliyində şübhəli bilinir.
17 aprel tarixində isə eyni ittihamla Səudiyyə Ərəbistanı vətəndaşı, 24 yaşlı bir tələbə də həbs olunub. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
21 aprel tarixində hüquq-mühafizə orqanları universitetin iki müəllimini saxlayıb: anatomiya kafedrasının 49 yaşlı dosenti İvan Dimov və farmakologiya kafedrasının 40 yaşlı dosenti Nikanor Lavrov. Onlar barəsində rüşvət alma maddəsi ilə cinayət işi açılıb.
Bir həftə sonra bu iş üzrə 18 tələbə istintaqa çağırılıb. Onların arasında 6 Rusiya vətəndaşı, həmçinin İran, İordaniya, Azərbaycan, Qana, Türkmənistan, İsrail, Gürcüstan və Özbəkistan vətəndaşları da var. Hazırda tələbələrin istintaqda şahid qismində dindirildiyi bildirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar