Xəbər lenti
Həbsdən azad edilən Əvəz Zeynallı: “Tələb olunan müayinələrdən keçməliyəm”

"İlk növbədə sağlamlığımın qeydinə qalmalıyam. Bunun üçün tələb olunan müayinələrdən keçməliyəm".
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı deyib.O bildirib ki, müayinələrin nəticələrindən sonra həkimlər nə tövsiyə etsə, ona uyğun müalicə metodu seçiləcək:
"Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram".
Xatırladaq ki, aprelin 25-də "Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallı səhhəti ilə bağlı cəzadan azad edilib. Əvəz Zeynallının bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxduğu bildirilib.
O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürov isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































