Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Əvəz Zeynallı həbsdən azad edildi

Tarix: 25-04-2025 16:34     Baxış: 3174 A- / A+
Əvəz Zeynallı həbsdən azad edildiÖtən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.
Manevr.az xəbər verir ki, Nizami Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.

Hakim Nigar Qədirli xərçəng xəstəliyindən əziyyət çəkən məhkumun həbsdə qalmasını hüquqi baxımdan düzgün hesab etməyib.

Qərara əsasən, Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək.

Tibbi arayışda qeyd edilib ki, jurnalist 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir və onun həbsdə müalicəsi mümkünsüzdür.

Qeyd edək ki, bu günlərdə bir sıra jurnalistlər və hüquq müdafiəçiləri Əvəz Zeynallının həbsdən azad edilməsinə kömək edilməsi üçün Prezidentə müraciət etmişdilər.

Xatırladaq ki, Ə.Zeynallı külli miqdarda rüşvət alma və nüfuz alverində təqsirli bilinib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar