Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq

Tarix: 25-04-2025 14:30     Baxış: 3105 A- / A+
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
Azərbaycan Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib.
Manevr.az xəbər verir ki, dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib.
İcbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyəcəklər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq.
Nümunə olaraq qeyd edək ki, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.
Yeni mexanizm ixtisaslı həkim göndərişi əsasında dövlət və özəl tibb müəssisələrində tətbiq ediləcək. Belə ki, ixtisaslı həkim tərəfindən tibbi göstəriş olduğu halda MRT və ya KT müayinəsinə pasiyentə göndəriş veriləcək.
Bu dəyişiklik bir neçə məqsədə xidmət edir. İlk növbədə, vətəndaşların yalnız həqiqətən ehtiyac olduğu hallarda mürəkkəb diaqnostik müayinələrə yönləndirilməsi təmin ediləcək. Bu praktika inkişaf etmiş ölkələrin səhiyyə sistemində də geniş şəkildə tətbiq edilir. Agentlik bu addımla tibbi xidmətlərdən daha məqsədyönlü istifadənin təmin edilməsini hədəfləyir.
Eyni zamanda, müştərək maliyyələşmənin tətbiqi tibbi resursların daha düzgün idarə olunmasına şərait yaradacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar