Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Muğam Televiziya Müsabiqəsi başlayır

Tarix: 25-04-2025 12:12     Baxış: 3148 A- / A+



Heydər Əliyev Fondunun dəstəyi ilə IX Muğam Televiziya Müsabiqəsi başlayır.
Manevr.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə baş tutacaq müsabiqənin hazırda seçim turları keçirilir.
Aprelin 30-dək davam edəcək seçim turlarında münsiflər heyəti respublikanın bütün bölgələrindən müsabiqəyə sənəd təqdim edən iştirakçılar sırasından 20 nəfər gənc və 10 nəfər yeniyetməni seçəcək.
Münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Arif Babayev, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Mayın 13-də start götürəcək IX Muğam Televiziya Müsabiqəsində yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak edəcək. Yaşı 14-dən 17-yə qədər oğlanlar səs dəyişikliyi dövründə olmaları səbəbindən müsabiqəyə buraxılmır. Müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışacaqlar.
Həftənin 2-ci və 4-cü günləri Azərbaycan Televiziyasının və Mədəniyyət TV-nin canlı efirində əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutacaq və hər kateqoriya üzrə qaliblər müəyyən olunacaq.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər.
Avqust ayının sonunda isə IX Muğam Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar