Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qeyri-sabit yuxu piylənmə riskini artırır

Tarix: 25-04-2025 10:14     Baxış: 486 A- / A+


Qeyri-sabit yuxu piylənmə  riskini artırır
Çinin Futszyan Tibb Universitetinin alimləri maraqlı nəticəyə gəliblər: qısa və qeyri-sabit yuxu rejimi piylənmə riskini ciddi şəkildə artırır.

Manevr.az xəbər verir ki, bu qənaət "BMC Public Health" elmi jurnalında dərc olunan genişmiqyaslı tədqiqatın nəticələrinə əsaslanır.
Tədqiqat çərçivəsində orta yaşı 50,5 olan 4 min 540 nəfərin sağlamlıq göstəriciləri təhlil olunub. Alimlər ABŞ-nin Milli Sağlamlıq və Qidalanma Müayinəsi proqramının məlumatlarından istifadə ediblər. Könüllülərin yuxu müddəti, gündüz yuxululuğu və yuxuya getməkdə çətinlik kimi meyarlar nəzərə alınıb və onların yuxu rejimi üzrə üç qrupa bölünüb: sağlam, orta və qeyri-sağlam yuxusu olanlar.
Məlum olub ki, keyfiyyətsiz yuxusu olan insanların piylənmə ehtimalı yaxşı yatanlarla müqayisədə 41 faiz daha yüksəkdir. Maraqlıdır ki, bu risk cins, yaş, təhsil səviyyəsi və digər fərdi amillərdən asılı olmayaraq eyni qalır. Eyni zamanda yalnız az yatmaq deyil, gec saatlarda yatmaq və yuxu cədvəlinin qeyri-müntəzəmliyi də piylənmə riskini artıran faktorlardandır.
Alimlərin fikrincə, yuxu və oyaqlıq dövrəsinin pozulması maddələr mübadiləsinə birbaşa təsir edir. Sirkadiyan ritmlərin dəyişməsi enerji sərfiyyatı, maddələrin orqanizmdə çevrilməsi və iştahanı tənzimləyən hormonların səviyyəsinə təsir göstərir. Əvvəlki araşdırmalar da bunu təsdiqləyib: yuxunun 10 saatdan 4 saata qədər azaldılması aclıq hormonu olan qrelinin səviyyəsini 28 faiz artırır, toxluq hormonu leptinin isə 18 faiz azalmasına səbəb olur.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar