Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Quru sərhədlə Gürcüstana aparacağını deyib - 200 dollarını aldı

Tarix: 24-04-2025 20:50     Baxış: 4117 A- / A+
Quru sərhədlə Gürcüstana aparacağını deyib - 200 dollarını aldı
Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sürücüsü həbs edilib.
Manevr.az xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.
Taksi sürücüsü kimi fəaliyyət göstərən Qazax rayon sakini 1988-ci il təvəllüdlü Rafiq Məmmədli Misir Ərəb Respublikasının vətəndaşı Əhməd Vahbaya yaxınlaşıb və taksi lazım olub-olmadığını soruşub.
Ərəb turist isə Gürcüstana getmək istədiyini və buna görə köməklik göstərilməsini xahiş edib. Azərbaycanın quru sərhədlərinin bağlı olduğunu bilən Rafiq isə əcnəbi vətəndaşın Ağstafaya gedərək oradan Gürcüstana keçə biləcəyini deyib. Bu məqsədlə o, Əhməddən 200 dollar alıb və maşınla Bakı Beynəlxalq Avtovağzalına gətirərək oradan Qazaxa sərnişin daşıyan Pərviz (şərti) adlı sürücüyə təhvil verib.
Pərviz də Əhməd Vahbanı Qırmızı Körpü keçid məntəqəsinə kimi apararaq düşürüb. Lakin burada sərhəddən keçməyin mümkün olmadığını öyrənən Misir vətəndaşı 70 dollar verərək geriyə-Bakıya qayıdıb. O, daha sonra başına gələnlərlə bağlı polisə müraciət edib.
Həyata keçirilən tədbirlərlə Rafiq adlı şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, 8 sutkalıq inzibati həbs edilib.“qafqazinfo”



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar