Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hökumə Əliyevanı təhqir edən qadın həbs edildi

Tarix: 24-04-2025 13:27     Baxış: 4146 A- / A+
Hökumə Əliyevanı təhqir edən qadın həbs edildi
Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib.

Manevr.az
-ın məlumatına görə, ötən həftə A.Həsənova adlı qadın (ad şərtidir - red.) sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökumə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb.

Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, qadın həyat yoldaşı barəsində qeyri-etik, təhqiramiz ifadələr işlədib.

A.Həsənova polis tərəfindən aşkarlanıb və inzibati qaydada tutularaq polis şöbəsinə gətirilib. Xanım etdiyi əməli səmimi etiraf edib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün həbs qərarı verilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.modern.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar