Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusu üçün 197 minlik bayraq sifariş edildi

Tarix: 23-04-2025 19:28     Baxış: 3154 A- / A+


Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün bayraqların alınması məqsədilə “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.
Manevr.az Teleqraf-a istinadən xəbər verir ki, nazirlik toplam 932 ədəd müxtəlif bayraqların və 30 ədəd bayraq üçün dirəklərin alınması üçün şirkətə 197 min 848 manat ödəyəcək.
Müvafiq işlərin görülməsinə bu ayın 2-də başlanılıb, dekabrın 20-ə qədər isə bitməyi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ərzində Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif bayraqların satın alınması ilə bağlı tenderin ilkin dəyəri 201.992,74 AZN olub. Müdafiə Nazirliyi “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 197 min 848 manata razılaşıb.
Müqavilə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Ordusunun, Quru Qoşunların, Hərbi Hava Qüvvələrinin müxtəlif ölçülərdə bayraqlarının alınması nəzərdə tutulub.
Bundan əlavə, Türkiyə, Qazaxıstan,Rusiya, Gürcüstan dövlət bayraqlarının alınması da müqaviləyə daxildir.
“Azer Atribut” MMC Bakıda fəaliyyət göstərir. Şirkət böyük və kiçik ölçüdə bayraqların istehsalını, bayraq dirəklərinin isə satışını həyata keçirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar