Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sovetskidə tarixi bina söküləcək? - Açıqlama

Tarix: 23-04-2025 14:30     Baxış: 3156 A- / A+

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Sovetskidə yerləşən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin binasının sökülməsi məsələsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, xidmətdən APA-ya Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi 120 ünvanında yerləşən tikilinin tarixi abidələrin reyestrinə daxil olmadığı deyilib.
“Eyni zamanda, tikilinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Xatırladaq ki, Əbilov klubu kimi tanınan, 103 ildir fəaliyyət göstərən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın yaşı iki əsrdən artıq dövrü əhatə edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar