Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı Metropolitenindən sərnişinlərə xəbərdarlıq...

Tarix: 22-04-2025 21:14     Baxış: 3132 A- / A+
Bakı Metropolitenindən sərnişinlərə xəbərdarlıq...

Son zamanlarda Bakı Metropolitenində sərnişinlərin maşinistlə rabitə xidmətindən lüzumsuz istifadə hallarında artım müşahidə olunub.
 
Bakı Metropoliteni QSC -nin mətbuat xidmətindən verilən məlumata görə, bu cür hallar təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur və sərnişin məsuliyyətinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.
Bildirilib ki, qatar maşinisti yalnız nəqliyyat vasitəsini idarə etmir, eyni zamanda təxminən 1600 sərnişinin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək kimi ağır bir məsuliyyət daşıyır. Maşinist tunel infrastrukturu və qarşısına çıxan mümkün maneələrlə bağlı daim diqqətli olmalıdır. Bu səbəbdən onun işinə müdaxilə etmək və diqqətini yayındırmaq ciddi risklər yaradır və qəti şəkildə yolverilməzdir.
 
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişin-maşinist rabitəsindən zərurət olmadıqda istifadə edənlərə qarşı cərimə tədbirləri nəzərdə tutulur. Rabitə yalnız fövqəladə hallarda – sərnişinin halının pisləşməsi, vaqonda şübhəli cisimlərin aşkar edilməsi, texniki nasazlıq və ya digər təhlükəli vəziyyətlər zamanı məlumat vermək məqsədilə istifadə olunmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar