Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vüqar Səfərliyə qaytarılan əmlaklar yenə əlindən çıxa bilər

Tarix: 22-04-2025 12:53     Baxış: 3137 A- / A+

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin bir sıra əmlaklarının yenidən müsadirə edilməsi tələb olunur.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə prokurorluq kassasiya protesti təqdim edib.
Prokuror hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin daha əvvəl dövlət nəfinə alınmış 4 əmlakın geri qaytarılması ilə bağlı qərarı əsaslı deyil və dəyişdirilməlidir.
Protestdə aşağıdakı əmlakların müsadirəsi nəzərdə tutulur:
- Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;
- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;
- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;
- Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzindəki mağaza.
Məlumat üçün bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay həbsə məhkum edilmiş Vüqar Səfərlinin digər 8 əmlakı müsadirə olunub. Sabiq Fond rəhbərinin vəkili Hikmət Əliyev isə həmin əmlakların qaytarılması üçün kassasiya şikayəti verib. Müdafiə tərəfi mülklərin V.Səfərli tərəfindən vəzifəyə təyin olunmazdan əvvəl əldə edildiyini əsas gətirir.
Protest və şikayətə mayın 7-si Ali Məhkəmədə baxılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar