Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin pensiyasına əlavələr ediləcək

Tarix: 22-04-2025 12:30     Baxış: 380 A- / A+

Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – VACİB XƏBƏR

Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər.
Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır?
Manevr.az xəbər verir ki, deputat Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.
O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah edib:
“Qanunvericiliyə əsasən, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə olunur”.
Millət vəkili məsələnin izahına uyğun nümunə də verib: 
“Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir.
Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən  vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar