Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Eldar Mahmudovun adamları Qənirə Ataşovanı təhdid edir

Tarix: 19-04-2025 13:24     Baxış: 3104 A- / A+


Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova və övladları ölümlə təhdid edilib.
Manevr.az Yenisabah.az-a istinadla xəbər verir ki, Ataşova bu barədə özü bildirib.
"DİN və DTX-yə müraciət edirəm! Keçmiş MTN generalı Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb.
Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub. Bu barədə DİN artıq məlumatlı idi və həmin videolar platformalardan silinib.
Bundan əlavə, Vüsal Həsənovun arvadı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva – Gəncədə Gülbəniz adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim.
Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib. Uzun fasilədən sonra bu gün o, birbaşa mənə və övladım Fərhada zəng edərək, onu və qardaşını öldürəcəyini bildirib. Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək, qanuni oğrularla bağlı olduğunu xatırladaraq, “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib.
Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladlarım ABŞ vətəndaşıdır və bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcəm.
Mən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət edirəm: bu məsələ araşdırılmalı, Vüsal Həsənov və onunla əlbir olan şəxslərin cinayət məsuliyyəti qanun çərçivəsində təmin olunmalıdır. Əgər bizim hər hansı birimizin başına bir iş gələrsə, sifarişin Bakıdan gəldiyini və Moskvadakı qanuni oğrular vasitəsilə həyata keçirildiyini bilmiş olun", - Q.Ataşova deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar