Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Manevr.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Stansiya Qala və Mərdəkan yaşayış massivlərinin, Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin F. Rüstəmov, Koroğlu, Ü. Hacıbəyov, Z.Mehdiyev, F.Qayıbov, C.Cabbarlı küçələrinin, Xətai rayonu üzrə isə Zığ kəndi və Gəncə prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə məlumatda qeyd edilib.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar


































