Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər toyuq ətində təhlükəli bakteriya aşkarladı

Tarix: 17-04-2025 22:39     Baxış: 3120 A- / A+


Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları Banqladeşdə toyuq ətinin tərkibində “Escherichia albertii” bakteriyasının yüksək konsentrasiyasını aşkarlayıb. Sözügedən bakteriya az tanınmağına baxmayaraq, bağırsaq çöpünün potensial təhlükəli yaxın “qohumudur”.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, araşdırma ilə bağlı məqalə “International Journal of Food Microbiology” dərgisində çap olunub.
Aşkarlanan patogen mədə-bağırsaq xəstəliklərinə yol açır və antibiotiklərə yüksək dayanıqlılıq nümayiş etdirir ki, bu da onların müalicəsini xeyli zəiflətmiş olur.
“E. Albertii” ilk dəfə Banqladeşdə 2003-cü ildə üzə çıxıb. Həmin vaxtdan bəri sözügedən bakteriya Cənub-Şərqi Asiyada, o cümlədən Yaponiyada kütləvi qida zəhərlənmələrinə səbəb olub.
Bununla belə, bu bakteriya hələ də yetərincə öyrənilməyib və tez-tez digər mikroorqanizmlərlə səhv salınaraq yanlış təsnif edilir.
Qeyd edək ki, araşdırma üçün tədqiqatçılar Banqladeşin dörd bölgəsində yerləşən 17 ticarət obyektində toyuq ətindən, daxili orqanlardan, kloakadan götürülmüş yaxmalardan, işçi heyətin əlindən və toyuq emalı avadanlıqlarından nümunələr toplayaraq analiz aparıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar