Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan Prezidenti xarici qrantları qadağan edən qanunu imzalayıb

Tarix: 17-04-2025 18:50     Baxış: 4145 A- / A+
Gürcüstan Prezidenti xarici qrantları qadağan edən qanunu imzalayıbGürcüstan Prezidenti Mixeil Kavelaşvili “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Manevr.az xəbər verir ki, qanuna əsasən, ölkədə hökumətin razılığı olmadan xarici qrantların qəbul edilməsi qadağan olunur.
Hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq. 
Xarici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək.
Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar, eləcə də Gürcüstandan kənarda təhsil və elmi tədqiqat məqsədilə ayrılan fərdi təqaüdlər və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qrantları bu qanuna daxil edilməyəcək.
Rəsmilər bu addımın dövlət institutlarını xarici müdaxilələrdən və sabitliyi pozmaq cəhdlərindən qorumağa yönəldiyini bildirirlər.
Qeyd edək ki, bu qanun ictimaiyyət və beynəlxalq təşkilatlar arasında da geniş müzakirələrə səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri qanunun QHT-lərin və medianın fəaliyyətini məhdudlaşdıracağına dair narahatlıqlarını ifadə edirlər. Hökumət isə qanunun əsas məqsədinin dövlət institutlarını qorumaq olduğunu bəyan edir.
Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 16-da “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna dəyişikliklərə sürətləndirilmiş qaydada baxıb və layihə üçüncü oxunuşda 80 səslə qəbul edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar