Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yağışda itən avtomobil nömrələri - dublikat verilirmi? - “Cəmi 60 manata...” - AÇIQLAMA

Tarix: 17-04-2025 13:47     Baxış: 4104 A- / A+
 
Paytaxta yağan intensiv yağış sürücülərə böyük çətinlik yaşatmaqla yanaşı problemlərlə də üzləşdirib. Adətən belə yağışlı havalarda ehtiyatsızlıqdan avtomobillərin dövlət nömrə nişanları itir. Dövlət qeydiyyat nişanı avtomobil vasitəsini fərqləndirən, avtomobilin ön və arxa hissəsinə vurulan lövhədir. Nömrənin olmaması yaxud oxunmasına mane olacaq qədər çirkli saxlanılması yolverilməzdir. O ki, qalsın onu itirmək.
 
Manevr.az-ın məlumatına görə, moderator.az-a açıqlamasında Ərşad Hüseynov bildirib ki, avtomobilin nömrəsi itdisə yeni nömrə alınmalı, nəqliyyat vasitəsinin texniki pasportu dəyişdirilməlidir:
"Avtomobilin dövlət qeydiyyat nişanı itibsə öncə polisə məlumat verilməlidir. Ondan sonra Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə yaxınlaşıb avtomobilə yeni nömrə almaq lazımdır. Çox sadədir. Sürücü rüsumunu ödəyir, qeydiyyat şəhadətnaməsini dəyişir. Ona tamam fərqli hərf və rəqəm kombinasiyalı yeni qeydiyyat nişanı verirlər.. Dövlət rüsumu da cəmi 60 manatdır" deyə ekspert bildirib.
Ərşad Hüseynov itmiş nömrənin dublikatının verilib-verilməməsi ilə bağlı sualı da cavablayıb:
 
"Dublikat verilmir. Çünki kimlərsə bu nömrələri oğurlayıb hansısa kriminal niyyətlərlə istifadə edə bilərlər. Ona görə də dövlət qeydiyyat nişanı itən kimi həmin nömrə ləğv edilir. Qeydiyyat nişanları çox vaxt sürücülərin diqqətsizliyi ucbatından itir. Ağaclara, ota ilişə bilər, yağışlı havalarda hansısa ərazidə qopub düşə bilər. Ona görə də nömrələr yerinə möhkəm bərkidilməlidir. Dövlət qeydiyyat nişanının avtomobilin banına bərkidilməsinin müxtəlif variantları var. Bunun ən pis variantı yapışqanla yapışdırmaqdır. Guya ki, ban zədələnməmək üçün bunu edirlər. Həmin yapışdırıcıya su dəyən kimi qopa bilər. Dövlət qeydiyyat nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər" deyə ekspert bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar