Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

DSMF-yə yeni sədr təyin olundu - Foto

Tarix: 16-04-2025 12:11     Baxış: 3184 A- / A+


Zəka Aqil oğlu Mirzəyev Dövlət Sosial Müdafiə Fonduna sədr təyin olunub.
Manevr.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə aspiranturanı bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayan Mirzəyev 2003–2004-cü illərdə hərbi xidmətdə olub.
2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini vəzifələrində çalışıb. 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi, 2020-ci ildən isə Fondun İdarə Heyətinin sədr müavini olub.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Manevr.az
dsmf-ye-sedr-teyin-olundu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar