Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Tarix: 16-04-2025 09:38     Baxış: 3101 A- / A+

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.
Manevr.az xəbər verir ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə intensiv yağıntılar və güclü küləklə əlaqədar olaraq, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara aşağıdakıları tövsiyə edir:
- Sürüşkən yol şəraitini nəzərə alaraq sürət həddinə əməl edilməli, nəqliyyat vasitələri arasında ara məsafəsi düzgün saxlanmalıdır;
- Zəif görünmə şəraitində işıq cihazlarından istifadə olunmalı, qəfil manevrlərdən və ötmələrdən çəkinilməlidir;
- Piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidirlər;
- Şəxsi nəqliyyat vasitələrindən istifadənin mümkün qədər azaldılması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar