Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azər Zahidin həbs müddəti uzadıldı

Tarix: 15-04-2025 14:26     Baxış: 4108 A- / A+
“TikTok”da yarış təşkil edən Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadıldı
Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.
Manevr.az xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.
Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.
Bundan başqa, "TikTok" əməliyyatları nəticəsində saxlanılan “TikToker” Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb.
Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovn sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.
Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.apa



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar