Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

40 yaşı niyə QEYD etmək olmaz?

Tarix: 15-04-2025 08:55     Baxış: 4107 A- / A+
40 yaşı niyə QEYD etmək olmaz? – Cavabı TAPILDI
El arasında bəzi inanclar var ki, səbəbi konkret olaraq bilinmir, müxtəlif fikirlərə əsaslanır.
Manevr.az xəbər verir ki, bunlardan biri də “40 yaşı keçirmək olmaz” fikridir. Bu məsələ Azərbaycanda, eləcə də bəzi digər türk və müsəlman xalqları arasında yayılan inanclardan qaynaqlanır.
Belə ki, xüsusilə, yaşlı nəsildə 40 yaşı qeyd etməyin “uğursuzluq” gətirəcəyini söyləyənlər var. Bu fikir isə ölən şəxsin 40 mərasiminin keçirilməsi, bəzi inanclara görə 40 rəqəminin "mistik" və ya "ölümlə bağlı" bir rəqəm olmasıyla əlaqələndirilir. Hətta  40 yaşını qeyd etdiyi gün mübahisə yarandığını deyənlər də var. Bundan əlavə 40 gün körpənin qırxı çıxması, 40 şam yandırmaq kimi ənənələr var ki, 40 rəqəmini məhv bununla əlaqələndirirlər. 
Əlbəttə, bu inancı batil inanc adlandıranlar da kifayət qədərdir. Elə onlardan biri də ilahiyyatçı Elşad Miridir. O, Bizim.Media-ya açıqlamasında söhbətigedən inancı dinlə əlaqələndirməyi doğru hesab etmir: 
“Bu dinə aid olmayan mövhumatlardan biridir. 40 yaşını qeyd edənlər yaşamırlarmı? 40 yaşını qeyd etməyənlər çoxmu yaşayırlar?”, - deyə o, fikirlərini belə əsaslandırıb.  
Təbii ki, insanın qəfil qarşısına çıxan qara pişiyin uğursuzluq sayıldığı kimi 40 yaşı keçirməyin də düşər-düşməzliyi kimi qiymətləndirilməsi batil inanclardandır. 
Ancaq qeyd edək ki, mövhümat belə olsa,  buna görə ömrünün 40-cı ilini qeyd etməyənlərin sayı heç də az deyil.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar