Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rəşid Mahmudovun araq reklamı: "Müsəlman ölkəsində araq zavodları olmamalıdır"

Tarix: 14-04-2025 17:11     Baxış: 3115 A- / A+
Rəşid Mahmudovun araq reklamı: "Müsəlman ölkəsində araq zavodları olmamalıdır"
Sosial şəbəkələrdə professor Rəşid Mahmudovun çəkildiyi araq markalarından birinin reklamı yayılıb və ictimaiyyət tərəfindən qınağa səbəb olub. İnsan orqanizminə zərərli olan bu məhsulun bir həkim tərəfindən reklam edilməsi tənqidə tuş gəlib. 
Manevr.az xəbər verir ki, sitat.info bu məsələ ilə bağlı R.Mahmudovun rəyini öyrənib. 
Professor bildirib ki, bu reklam deyil, sadəcə bir məhsulun keyfiyyət baxımından dəyərləndirilməsidir: "Bu videoda jurnalist mənə qidalarımızın keyfiyyəti ilə bağlı sual verdi. Sonra mövzu arağa gəldi. Mən də dedim ki, müsəlman ölkəsində araq zavodları olmamalıdır, müsəlmanlar içməməlidir. Rusun  təsiri altında 100 ildən artıq qalmışıq və insanlar indi araq da içirlər. Bu da qidanın bir növüdür. Araq bəzi xəstəliklərin dərmanıdır, vəba xəstəliyini, koronavirusu araq məhv edir. Amma onu çəkməyin də qayda-qanunları var. Arağın spirtini neftdən də, kartofdan da zibildən də çəkirlər. Əlbəttə içməsələr daha yaxşı olar. Amma hazırda içən adamlar var, bu sahəyə də nəzarət etmək lazımdır. Pis qidalardan, zibildən çəkilən araqlar birbaşa qara ciyəri məhv edir, böyrəyi, mədəaltı vəzi sıradan çıxarır, sinir sistemini zədələyir. Ona  görə, diqqətli olmaq və pis məhsuldan istifadə etməmək lazımdır. Mən özüm araq içənəm, biz rusun dövründən qalan adamlarıq. Mənim göstərdiyim araq İsmayıllı buğdasından hazırlanıb. Əlbəttə ziyanı da  çoxdur. Ancaq əgər tərgidə bilmirsinizsə yaxşısını içməlisiniz. Mən arağı reklam etmirəm". 
Bu reklama görə qonorar almısınızmı sualını cavablandıran R.Mahmudov bu suala istehza ilə cavab verib: "Onu deyən adamlara bildirin ki, Rəşid müəllimin taleyinə Allah pul yazmayıb. Yox bir, milyoner olacam, özümə maşın alacam. Araq da bir qidadır və onun da keyfiyyətindən danışmaq lazımdır. Pul məsələsinə gəlincə, əlbəttə versələr alaram, vermirlər axı...".
Reklam videosunda yeyib-içmək səhnəsinə münasibət bildirən professor deyib ki, arada professor dostları ilə toplaşıb restorana gedirlər: "Arada toplaşırıq, hərəyə 100 qram içib "problemlərimizi həll edirik". 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar