Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İnsanın özünü bədbəxt hiss etməsinin SƏBƏBİ

Tarix: 14-04-2025 15:03     Baxış: 4101 A- / A+


İnsanın özünü bədbəxt  hiss etməsinin SƏBƏBİ
Alimlər insan xoşbəxtliyinin mexanizmlərini anlamaqda irəliləyiş olduğunu bildiriblər. Cənubi Koreyanın Çonbuk Milli Universiteti və Kanadanın Toronto Universitetindən olan tədqiqatçılar "xoşbəxtlik paradoksu" adlanan psixoloji fenomenə aydınlıq gətiriblər.
Xarici KİV-in məlumatına görə, bu, maraqlı bir qanunauyğunluğu ifadə edir: insan nə qədər çox xoşbəxt olmağa çalışsa, bir o qədər az ehtimal var ki, bu xoşbəxtliyə çatacaq.
Aşağı yuxarı min nəfərin iştirak etdiyi genişmiqyaslı bir tədqiqatın nəticələri Applied Psychology: Health and Well-Being adlı elmi jurnalda dərc edilib.
Məlumatların təhlili zamanı məlum olub ki, xoşbəxtlik axtarışına həddən artıq fokuslanmaq insanın özünə nəzarət qabiliyyətini zəiflədir. Başqa sözlə, xoşbəxtlik hissinə çatmaq üçün atılan fəal addımlar insanın daxili resurslarını tükədir.
Alimlərin izahına görə, özünü idarəetmə və pozitiv emosiyalara can atma eyni psixoloji resursları işə salır. Nəticədə insan özünü daima “xoşbəxt olmağa məcbur etdikcə”, əks təsir yaranır – əsəb, yorğunluq və emosional boşluq hiss olunur.
Xoşbəxt olmaq əvəzinə insan gündəlik, sadə şeylərdən belə sevinc alma qabiliyyətini itirir.
Beləliklə, araşdırma sübut edir ki, məcburi şəkildə xoşbəxt olmaq istəyi insanın həqiqi daxili rifahına gedən yolda maneəyə çevrilir. Bu da “xoşbəxtlik paradoksu”nun mahiyyətidir.
Mütəxəssislərin tövsiyəsi nədir?
Alimlər xoşbəxtliyə yanaşmanı yenidən nəzərdən keçirməyi tövsiyə edirlər. İdeal həyat arxasınca qaçmaq və ya özünü başqaları ilə müqayisə etməkdənsə, insan mövcud olan şeylərə sevinməyi öyrənməlidir. Sadə gündəlik nemətlər üçün minnətdarlıq hissi, “burda və indi” yaşama bacarığı və emosional vəziyyəti daima analiz etməkdən imtina – bunlar subyektiv rifah səviyyəsini ciddi şəkildə artıra bilər.
Başqa sözlə, xoşbəxtlik - çatmaq lazım olan bir məqsəd yox, insan onu axtarmağı dayandıranda gələn bir haldır.lent.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar