Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Çox çörək yemək sərxoşluq yaradır - ARAŞDIRMA

Tarix: 14-04-2025 13:25     Baxış: 399 A- / A+

Çox çörək yemək sərxoşluq yaradır - ARAŞDIRMA

Gündəlik qidalanma vərdişlərimizin ayrılmaz hissəsi olan çörək, bəzi sağlamlıq mütəxəssislərinə görə ciddi sağlamlıq riskləri daşıyır.
 
Manevr.az  “NTV”nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər çörəyin həddindən artıq istehlakının nadir rast gəlinən və alkoqol qəbul edilmədən sərxoşluq əlamətlərinə səbəb olan “auto brewery” sindromuna yol aça bildiyini deyirlər.

Sağlamlıq mütəxəssisi Mikey Mehta bu sindromun bağırsaqlarda həddindən artıq maya yığılması ilə meydana gəldiyini və karbohidratların etanola çevrilərək bədəndə alkoqol istehsalına səbəb olduğunu bildirib. 
 
Həmçinin həkim Mehta sosial mediaya hesabında yayımladığı videoda bildirib ki, çörək qidalandığımız ən təhlükəli şeydir. Tibb ədəbiyyatında “Bağırsaq Fermentasiya Sindromu” kimi tanınan bu hal, bağırsaqdakı “Saccharomyces cerevisiae” və ya “Candida” kimi maya və göbələk növlərinin karbohidratları fermentasiya edərək etanol (alkoqol) istehsal etməsi nəticəsində yaranır. Bu vəziyyətdə olan insanlar çörək, makaron, şirin qəlyanaltılar kimi karbohidratla zəngin qidalar yedikdə, bədənləri alkoqol istehsal etməyə başlayır.

Heç bir alkoqol qəbul edilmədiyi halda belə, başgicəllənmə, nitqdə problemlər, yorğunluq, əhval-ruhiyyə dəyişiklikləri, çaşqınlıq və sərxoşluq hissi kimi simptomlar müşahidə oluna bilər. Daha ağır hallarda isə, qan alkoqol səviyyəsi qanuni həddən yüksək ola bilər və bu, həm sağlamlıq, həm də sosial baxımdan ciddi fəsadlar yaradır.

Mütəxəssisin fikrincə, çörək və ona bənzər karbohidratla zəngin qidalar bağırsaqdakı maya balansını pozaraq bu sindromun inkişafını sürətləndirə bilər. Bu səbəbdən xüsusilə ağ çörək, makaron, şirin qidalar, kartof cipsi və qazlı içkilər kimi məhsulların istehlakında diqqətli olmaq tövsiyə olunur.Sfera.az
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar