Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı vacib XƏBƏRDARLIQ

Tarix: 13-04-2025 11:55     Baxış: 3108 A- / A+

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib.
Manevr.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri açıqlama verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:
"Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib".
Onun sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu, qeyd edilib.
"Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və "qara siyahı"ya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar", - QMİ-nin şöbə müdiri vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar