Xəbər lenti
Taksi sürücüsü HƏBS EDİLDİ - Narkoman imiş

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa, polis əməkdaşları tərəfindən müvafiq icazələri olmadan rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması məqsədilə profilaktik tədbirlər təşkil edilib. Son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Qeyd edilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar