Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR

Tarix: 11-04-2025 11:52     Baxış: 494 A- / A+

Banka borcu olan şəxs təqaüdçüdür. Onun aldığı pensiya və banka olan borcunun miqdarı isə eynidir. Pensiyasını bank borcuna verən şəxsin dolanmaq üçün pulu qalmır. Son günlər redaksiyamıza bu cür müraciətlərin sayı artır. Vətəndaşlar bildirirlər ki, aldıqları pensiyanı tam olaraq bank borclarına verdikləri üçün dolanmaqda çətinlik çəkirlər. Bəs görəsən, bu halda həmin şəxslər hansı addımı atmalıdırlar? Banka olan borcdan yaşayış minimumunun çıxılması mümkündürmü?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov konkret.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə görə, hər bir şəxsin gəlirinin yarısı bütün borclarına görə tutula bilər.
"O cümlədən, təqaüdçünün də pensiyasının yarısı tutula bilər. Belə bir müddəa var ki, yaşayış minimumu şəxsi təmin etməlidir. Bununla bağlı dövlət orqanlarına da müraciət etmişdim. Yaşayış minimumu hər bir halda saxlanmalıdır. Qanun deyir ki, 50 faizədək pul tutulmalıdır. Yəni, az məbləğdə də pul tutula bilər."
İqtisadçı qeyd edir ki, yaşayış minumumu mütləq saxlanılmalıdır.
"Amma təəssüf ki, dövlət orqanları vətəndaşın bu hüququnu təmin etmir. Bu, praktikada belədir. Mən bu addımı Konstitusiyaya zidd hesab edirəm. Çünki Konstitusiyaya görə, insan haqlarının müdafiəsi dövlətin ali məqsədidir. Yəni yaşayış minumumu da insanın haqqıdır. Təəssüf ki, dövlət orqanlarının və məhkəmələrin təcrübəsi fərqlidir."



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar