Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şoka düşərək həyatını itirənlər - Bu cür ölüm halları niyə artıb?

Tarix: 10-04-2025 18:10     Baxış: 3122 A- / A+


Son zamanlar, antibiotiklərin yanlış istifadəsi, əməliyyatlar zamanı yaranan komplikasiyalar və inyeksiyaların səhv tətbiqi nəticəsində şoka düşən və həyatını itirən insanların sayı artıb. Buna misal olaraq əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına müraciət edən gənc xanımın vəfatı, İmişlidə dörd yaşlı uşağın inyeksiyadan şoka düşərək ölməsi, Bakıda antibiotikdən şok keçirərək həyatını itirən yaşlı qadını göstərmək olar.

Antibiotiklərə qarşı yaranan müqavimət, səhiyyə sistemindəki çatışmazlıqlar və həkimlərin bəzən məsuliyyətsiz yanaşmaları, tibbi prosedurların düzgün aparılmaması belə faciələrə səbəb olan amillərdəndir.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı professor Adil Qeybulla bizim.media-ya danışıb.
Onun sözlərinə görə,  şok insan orqanizminin ekstremal bir vəziyyətidir.
“Bu, əslində həyatla ölüm arasında duran kəskin durumdur. Şok bir neçə situasiyadan qaynaqlana bilir: ağır travmalar, aşırı dərəcədə ağrılar, ürək ağrıları, həddən artıq qan itirmələri, qanaxma və s.
Allergik reaksiyalardan qaynaqlanan şok halı isə anafilaktik şok adlanır. Bu, orqanizmdə bioloji aktiv maddələrin istehsalı ilə hər hansı qıcıqlandırıcı bir amilə qarşıdır və ciddi dəyişikliklərə gətirib çıxarır.
Sözügedən şok növü müxtəlif dərmanlar, preparatlara qarşı baş verir. Bundan başqa toksiki infeksion şoku da mövcuddur. Ümumiyyətlə şok qəflətən baş verir və dərhal həyata keçiriləcək tədbirlər tələb edir. Təəssüf ki, biz bir çox hallarda ölüm faktı ilə nəticələnir”,-deyə o fikrini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar