Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Bizi məhkəmə ilə hədələdi ki, yerimi anama deməyin"

Tarix: 10-04-2025 17:54     Baxış: 4110 A- / A+
 
"2011-ci ildə yaşlı bir ana gəlmişdi ki, 16 ildir oğlumu axtarıram. Ən çətin axtarışlarımdan biri idi. Ona 2014-cü ildə xəbər verə bildim. Rusiyada ucqar bir qəsəbəyə getmişdi. Orada yalnız o azərbaycanlı idi. Dedim ki, anan səni axtarır. O da cavab verdi ki, mən özüm özümü itirmişəm. Bilmədim, gülüm, ya ağlayım".
Manevr.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günə bax" verilişində deyib.
O, aparıcısı olduğu proqramda qarşılaşdığı ən çətin axtarışlardan söz açıb:
"Həmin şəxsə söylədim ki, sən o ananın tək övladısan, necə özünü itirə bilərsən? Bildirdi ki, özüm etmişəm, onu görmək istəmirəm. Cavab verdim ki, bəs, gedib indi anana nə deyim? Söylədi ki, "sizdən bir xahişim var, anama deyin ki, tapmadım. Qoy, o ümidlə yaşasın. Tapdım, gəlmədi desəz, o qadın öləcək". Bu günə qədər məni maraqlandıran odur ki, səbəb nə idi ki, o oğlan özünü itirmişdi. Niyəsini demədi. Qadın ölən günə qədər bunu bilmədi. Bu gün də düşünürəm ki, deməməklə doğru etdim? Gərək deyərdim? Çünki ana oğlunu görmədən getdi. Doğru etdim, ya yanlış, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm".
Xoşqədəm bəzi axtarışlardan sonra psixoloqa müraciət etdiyi vurğulayıb:
"Həmin hadisə ilə bağlı psixolaqa da getdim. Son dönəmlər çox pis olmuşdum. O da dedi ki, "sən əslində yaxşı etmisən. O qadına bunu desən, həmin xəbərdən öləcəkdi. Bəlkə də bir ümidlə gedib ki, oğlu sağdır, onu sevir". Çox az sayda belə talelər olub ki, çəkilişlərdən sonra psixoloqlardan kömək almışam. Həqiqətən bir neçə insan olub ki, tapmışıq, bizə deyiblər ki, özümüz itmişik. Hətta biri məni məhkəmə ilə hədələdi. Dedi ki, yerimi deməyin, yoxsa sizi məhkəməyə verəcəyəm, məni tapmamısınız. O adamın şəkli illərlə efirdə getdi, halbuki tapmışdıq. Anası rahat olsun deyə, belə etdik. O talelərə baxanda şükür edirəm. Həyat qısadır, bir-biriniz sevin. Qısaqnclıq, paxıllıqdan uzaq olun"./axşam.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar