Əməkdar həkim Cabir Məmmədovun koma xəbəri təsdiqləndi və o hazırda süni tənəffüs aparatına qoşulub.
Manevr.az-ın məlumatına görə, C.Məmmədov hal hazırda "Baku Medical Plaza"nın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimin oğlu, Rəşad Cabirli xəbəri təsdiqləyərək, atasının şəkər xəstəsi və xroniki böyrək çatışmazlığı olması səbəbindən durumu xüsusi diqqət tələb etdiyini bildirib.
O qeyd edib ki, hazırda həkimlər atasının komadan çıxması üçün səy göstərirlər.
"Artıq bir həftəyə yaxındır ki, atam Cabir Məmmədov reanimasiyadadır və həkimlərin ciddi nəzarəti altındadır"-deyə, o qeyd edib.
Məlumat üçün bildirək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Məmmədov Cabir İsrafil oğlu 1950-ci ildə anadan olub. O, 1984-1985-ci ilərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi Terpiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə Prezidentin sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.milli.az
Xəbər lenti
Əməkdar həkim bir həftədir komadadır - FOTO

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar