Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ərazilərdə siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK

Tarix: 09-04-2025 17:38     Baxış: 4138 A- / A+


Son günlər ictimai yerlərdə siqaretə görə cərimələr çoxalıb. Bəzi vətəndaşlarda bu situasiya narazılığa səbəb olub. Onlar qeyd edirlər ki, siqaretə görə hər yerdə cərimələnirlər.
Bəs maraqlıdır, hansı yerlərdə siqaret çəkmək qanunla qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Turan Abdullazadə oxu.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:
- Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;
- Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;
- İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;
- Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;
- Ticarət obyektləri;
- Məişət obyektləri;
- Sosial xidmət müəssisələri;
- Yerləşdirmə vasitələri;
- Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)
- Uşaq meydançaları;
- Yerüstü və yeraltı piyada keçidləri;
- Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)
- Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;
- Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.
Bu qadağaları pozan şəxslərə qarşı müxtəlif cərimələr tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün çəkməyə görə cərimələr aşağıdakı kimidir:
- Siqaret çəkməyə görə: 30 manat;
- Tütün tullantılarının ətraf mühitə atılmasına görə: 50 manat;
- Hava nəqliyyatında siqaret çəkməyə görə: 100 manat;
- Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə: 40 manat;
- Şəhərdaxili, şəhərlərarası avtobuslarda və taksilərdə siqaret çəkməyə görə: 40-50 manat;
- Dəniz və çay nəqliyyatında siqaret çəkməyə görə: 40 manat.
Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar