Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ermənilərinin yeni pasportlarında doğum yeri Azərbaycan göstərilir

Tarix: 09-04-2025 09:12     Baxış: 4134 A- / A+

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında doğum yeri kimi Azərbaycan Respublikasının yazılması ilə bağlı məqama aydınlıq gətirib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədlərdəki məlumatlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun göstərilib.
Üstəlik, sənədlərdə coğrafi vahidlər təşkilat tərəfindən məqbul sayılan qaydada qeyd olunub.
Məlumatda, həmçinin qeyd olunub ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı qeyd sərhəd-keçid məntəqələrində problemlər yarada bilər.
"Yeni sənədlərin verilməsi zamanı xidmət yalnız beynəlxalq standartı rəhbər tutur", - deyə Ermənistan Daxili İşlər Nazirliyinin açıqlamasında vurğulanıb.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycan Respublikasının Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərin yeni pasportlarında doğulduğu yer kimi Azərbaycan Respublikası yazılması məsələsi müzakirələrə səbəb olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar