Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə ölən erməni qadının meyitini niyə təhvil almırlar? – Rəsmi AÇIQLAMA

Tarix: 08-04-2025 16:50     Baxış: 4112 A- / A+
 
"Ermənistan Xankəndidə ölən erməni qadının meyitini təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək".
Manevr.az xəbər verir ki, bunu apa-ya müsahibəsində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov deyib. 
Qeyd edək ki, Xankəndidə ölən erməni qadının nəşinin alınması üçün Ermənistan tərəfinin heç bir cəhd etmədiyi deyilir. Ona görə də, cavabsız qalan bəzi suallar var: "Bu meyit harada, necə saxlanılır? Ermənistan meyiti təhvil almasa, onun aqibəti necə olacaq? Ümumiyyətlə, meyitlər hansı şəraitdə, hansı müddətdə saxlanıla bilir?".
Direktorun bu suallara cavabı belə olub:
"Meyit etibarlı, eyni zamanda, bu məqsədlə tələb olunan bütün zəruri şəraitlərə malik yerdə saxlanılır. Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək. Ümumiyyətlə, meyitlər meyitxanalarda olan xüsusi soyuducularda saxlanılır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin respublikanın bütün şəhər və rayon şöbələrində belə soyuducular var.
Soyuducuların temperaturu əməkdaşlar tərəfindən nizamlanır. Lakin soyuducular meyitlərdə çürümə prosesini tamamilə dayandıra bilmir, onu müəyyən qədər ləngidə bilir. Bəzən bu məqsədlə digər əlavə vasitələrdən də istifadə etməyə ehtiyac yaranır - meyitin formalinlə fiksasiyası və s."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar