Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Arifə Balakişiyeva övladına etdiyi toy gündəm oldu - FOTOLAR

Tarix: 08-04-2025 13:59     Baxış: 4206 A- / A+

 

Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə Bakının dəbdəbəli restoranlarının birində oğluna möhtəşəm toy çaldırıb.
Manevr.az editor.az-a istinadla xəbər verir ki, bu barədə toyda iştirak edən qonaqlar sosial şəbəkələrdə paylaşım edib. "Meridian Park Luxury" restoranında baş tutan toy məclisinə ulduzlar axın edib. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərin qatıldığı toy məclisində bir sıra rəsmi şəxslər, regional idarə müdirləri, çox sayda məktəb direktoru iştirak edib.
"Meridian Park Luxury" Bakının ən bahalı şadlıq saraylarından sayılır. Qeyd olunan restoranda bir nəfər üçün qiymət 200 manatdan başlayır. Eyni zamanda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan kimi sənətçilərin yarım saatlıq toy məclisində iştirak qiyməti 15 min manat, Murad Arifin isə 10 min manat civarındadır.
Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə hallanmışdı. Sonradan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını bildirmişdi.
Redaksiyamız həyatını birləşdirən gəncləri təbrik edir, onlara xoşbəxtlik arzu edir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar