Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yüksək pensiya almaq üçün nə etmək lazımdır? – İki yol var

Tarix: 08-04-2025 10:01     Baxış: 3158 A- / A+
Azərbaycanda bəzi vətəndaşların az, digərlərinin isə çox pensiya alması zaman-zaman müzakirə edilir. Mövcud qanunvericiliyə əsasən, bu məbləğ pensiya kapitallarının həcmi ilə müəyyənləşir.
Vətəndaşlar daha çox pensiya almaq üçün nə etməlidir? Hansı şərtlər xüsusilə nəzərə alınmalıdır?
Manevr.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, Sovet dövründə işləyən və sonra pensiyaya çıxan vətəndaşların pensiyaları azdır:
“Gələcəkdə pensiyamızın normal məbləğdə olmasını istəyiriksə, əmək fəaliyyətinin rəsmiləşdirilməsində maraqlı olmalıyıq. Əsasən də bu, minimum maaş həddində ödəniş alanlara aiddir. Məsələn, vətəndaşlar əmək müqavilələrində maaşlarının düzgün ifadə olunmasına diqqət yetirsinlər. Bu, vətəndaşın özündən asılıdır. Düzdür, ölkədə iş tapmaq problemlidir. Ona görə də şəxs məcbur iş verən tərəflə razılaşır. Belə olduğu halda, o, süni azaltmaya gedir. Yəni vətəndaşı minimum əməkhaqqı səviyyəsində işə götürür, əlavəsini də qeyri-rəsmi şəkildə ödəyir”.
fuad
Fuad İbrahimov
İqtisadçı bildirib ki, pensiya ödənişinin çox olması yığımdan asılıdır:
“Bu gün vətəndaşların çoxsaylı müraciətləri, narazılıqları əsasında özəl pensiya fondlarının yaradılması düşünülür. Yəni gələcəkdə hər hansı problem yarandıqda, şəxs həyatını itirdikdə pulun ailəsinə çatması mümkün olsun. Artıq bu mexanizmlərin üzərində işləyirlər. Düşünürəm ki, qanunvericilik belə bir dəyişikliyə gedəcək. O zaman başqa vəziyyət yaranacaq. Amma indiki halda pensiyanın çox olmasının yeganə sağlam yolu yüksək maaşın olması və rəsmiləşdirmə zamanı olduğu kimi qeyd edilməsidir. Bu gün vətəndaş 800 manat maaş alırsa, onun 500 manatı rəsmi verilir. Nəticədə vətəndaş da 500 manata uyğun pensiya alır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar