Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq məmur övladalarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqladı

Tarix: 07-04-2025 22:29     Baxış: 4148 A- / A+
Sabiq məmur övladalarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqladı
İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus "Abeona Global Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Manevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, "Abeona Global Limited” şirkəti ötən il 4 min 681 funt-sterlinq (10,3 min manat) zərər edib.
 

 
Məlumat üçün bildirək ki, "Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə (20 yaşında) Londonda "Buta Lounge” adlı restoran açıb.
 

 
Onu da bildirək ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun qızı Günel Rüstəmovaya məxsus "Gyunel Limited” şirkətinin zərəri isə daha çox – 6 milyon 185 min 751 funt-sterlinq (13,6 milyon manat) olub. 28 aprel 2005-ci ildə "Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən "Gyunel Limited” şirkətinin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı – "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar