Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş "kurort naziri" vəzifəsindən azad edildi

Tarix: 07-04-2025 21:41     Baxış: 3137 A- / A+
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Əbil Ağasiyev vəzifəsindən azad edilib.
Manevr.az xəbər verir ki, Konfederasiyanın sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bir müddət əvvəl, Ə.Ağasiyevin rəhbərlik etdiyi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti "Turizm və Ekskursiyalar" Şurası ilə birləşdirilib. Qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb və Ə.Ağasiyev rəhbərlikdən kənarlaşdırılıb. "Kurort" QSC-nin balansına "Abşeron" mədə-bağırsaq, "Bilgəh" kardioloji, "Qaranquş" uroloji, "Günəşli" nevroloji, "Şıx", "Naftalan", "Pirşağı", "Xəzər", "Şəki" İstirahət Mərkəzi, "Hacıkənd" İstirahət Evi, "Avtonəqliyyat" müəssisəsi, "Azərbkurorttikintitəmir" Birliyi, "Azərkurortlayihə", Azərbminsugeokaptaj" respublika ekspedisiyası, "Kurort" Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və "Miras" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi. Ona görə Ə.Ağasiyev mətbuatda "kurort naziri" adlandırılırdı.
Əbil Ağasiyev 1958-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə "Neftçilər" xəstəxanasında kiçik tibb qardaşı kimi başlayıb. 1981-1982-ci illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-intern, ali məktəbi bitirdikdən sonra "Naftalan" Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən "Qaranquş" sanatoriyasının şöbə müdiri, 1987-ci ildən isə baş həkimi vəzifələrində çalışıb. 2007-2024-cü illərdə "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Əməkdar həkim, tibb elmləri doktorudur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasiyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci il fevralın 5-də keçirilən V qurultayında AHİK sədrinin (Səttar Möhbalıyev) müavini vəzifəsinə seçilib. O, konfederasiyanın 2024-cü ildə istefaya göndərilən sədri Səttar Möhbalıyevin ən yaxın kadrlarından olub.pravda.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar