Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Mənzildə qeydiyyatda olanları necə çıxarmaq olar? - AÇIQLAMA

Tarix: 07-04-2025 13:21     Baxış: 4100 A- / A+
Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması müəyyən hüquqi və administrativ səbəblərə əsaslanır. Bu proses müxtəlif hallarda və qaydalara uyğun olaraq həyata keçirilə bilər. Qeydiyyatdan çıxarılma şəxsin həmin mənzildə artıq yaşamadığı, ya da başqa bir səbəbə görə bu vəziyyətin dəyişdiyi hallarda mümkündür. 
Mənzildə qeydiyyatda olan şəxsləri qeydiyyatdan hansı hallarda çıxarmaq olar ?
Manevr.az xəbər verir ki,  məsələ ilə bağlı milli.az-a vəkil Nurlan Səfərov açıqlama verib.
O bildirib ki, bu məsələ ilə bağlı praktika da iki hal mövcuddur ki, vətəndaşlar bir çox hallarda məhkəmə aiddiyyatının düzgün seçimində və ya işin mahiyyəti üzrə səhvə yol verə bilirlər.
"Birinci hal ondan ibarətdir ki, əgər mənzildə qeydiyyatda olan şəxslər mənzil mülkiyyətçisinin yaxın qohumlarıdırsa, məsələn  ər-arvad, valideynlər və uşaqlardırsa bu kimi hallarda mənzildən istifadə hüququna bazar qiymətinə uyğun kopensasiyanin ödənilməsi şərti ilə xitam verilə bilər. İkinci hal isə vətəndaşların ev alqı satqısı və ya mənzilin bağışlanması zamanı daha çox rastlaşdığı problemlərdən biridir".
Vəkil onu da qeyd edib ki, ev alqı satqısı zamanı aydın olur ki mənzildə mülkiyyətçinin tanımadığı və heçbir əlaqəsi olamayan şəxslər qeydiyyatdadırlar. Belə olan halda qeydiyyatda olan şəxslərin razılığı olmadan ev alqı-satqısı prosesini həyata keçirmək. Bu kimi hallarda vətəndaşlar qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı rayon polis idarəsinə və inzibati məhkəməyə müraciət edərək qeydiyyatda olan şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edə bilər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar